• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya SSRİ-ə qayıdır, azad media susduruldu - POSTFAKTUM

Rusiya SSRİ-ə qayıdır, azad media susduruldu - POSTFAKTUM
05.03.2022 12:25
Rusiya hakimiyyəti bir gün içində ölkədə  Rusiya vətəndaşlarının  aktiv istifadə etdiyi bir neçə informasiya mənbəyini bağlayıb. Rusiya ərazisində  Facebook tam bloklanıb, Tvitterə girişə  məhdudiyyət qoyulub, "Dojd" telekanalı, "Exo Moskvı" kimi müstəqil Rusiya İnformasiya vasitələrinin, BBC Rusiya xidmətinin yayımı dayandırılıb. Buna cavab olaraq bir sıra qərb mediaları Rusiyadan getdiklərini bəyan ediblər.  

Instagram, WhatsApp və Facebook servislərinin sahibi Meta şirkəti Rusiya hakimiyyətinin bu hərəkətini pisləyərək servislərinin yenidən Rusiya vətəndaşları üçün əlçatan etmək üçün əllərindən gələni edəcəyini bildirib. 

"Bir azdan milyonlarla adi rusiyalı biləcək ki,  onları informasiyadan ayırıblar və daha öz ailəsi, dostları ilə  mesencer vasitəsilə  əlaqə qura bilmirlər, onları susmağa vadar edirlər. Biz onların bu hüquqlarını geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Biz hər şey edəcəyik ki, servislərimiz adamlar üçün əlçatan olsun və onlar təhlükəsiz şəkildə özlərini ifadə etmək hüquqlarını qaytara bilsinlər", -  Meta şirkətinin qlobal məsələlər üzrə prezidenti Hik Kleq bəyanat verib. 

Rusiyada informasiya siyasətinə nəzarət edən Roskomnadzor  2022-ci il martın 4-dən Facebook-un Rusiyada fəaliyyətini bloklayıb. Qurumun  yaydığı bəyanatda bildirilir ki, 2020-ci ilin oktyabrından Facebook tərəfindən Rusiya KİV və İnformasiya resurslarına qarşı  26 dəfə diskriminasiya halı tətbiq edilib. Son günlər isə "Zvezda" telekanalı, "Ria Novosti", Sputnik, Russia Today, "Lenta.ru", "Gazeta.ru"nun akkauntlarına giriş məhdudlaşdırılıb. 

Bunun ardınca ABŞ-ın CNN kanalı Rusiyada fəaliyyətini dayandırdığını bildirib. Bu  Rusiyanın Ukrayna  müharibəsini müstəqil işıqlandırmaq istəyən KİV-lərə qarşı təzyiqinə cavab reaksiyası idi. "CNN Rusiyada işini dayandırır və biz növbəti addımlarımız barədə düşünəcək, vəziyyəti dəyərləndirməyə çalışacağıq", - şirkətin mətbuat xidməti bildirib. 

Rusiyada fəaliyyətini martın 4-dən BBC, CBC, o cümlədən Bloomberg agentliyi də dayandırıb. 

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından dərhal sonra  Rusiya ordusu ilə bağlı feyk xəbər yaymaya görə cinayət məsuliyyətinin tətbiq edilməsi barədə qanunu imzası ilə təsdiqləyib.  

Bu qanuna əsasən, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində həyata keçirdiyi əməliyyatlar barədə əsassız məlumatlar yayan şəxslər 3 il müddətinə azadlıqdan məhrum ediləcək. 

Əgər belə xəbərlər təşkil olunmuş qrup tərəfindən yayılacaqsa və bu xəbərlərdə saxta sübutlar gətiriləcəksə azadlıqdan məhrumetmə cəzası 10 ilə qədər artırıla bilər. 

"Əsassız xəbərin yayımlanması ağır nəticələrə səbəb olduqda isə günahkara qarşı  15 illik həbs cəzası tətbiq oluna bilər", - qanunda deyilir.  

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə,  Putin hakimiyyətinin belə aqressiv mövqe tutması onun  informasiya müharibəsini nəinki xaricdə, həm də daxildə uduzduğunu anlamasından xəbər verir. 

"Putin istəyir ki, apardığı təbliğata zədə dəyməsin,çünki yalnız təbliğata güvənir. Əgər məhdudiyyətlər olmasa etdiyi təbliğat səmərə verməyəcək", - Məmmədli bildirib. 

Onun fikrincə, blok qoyduğu, məhdudiyyətlər tətbiq etdiyi resurslara giriş üçün alternativ yollar hər zaman tapılacaq. Cəmiyyəti dezinformasiya mühitində saxlamaq müharibəni udmaq anlamına gəlməz.

Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyev bildirir ki, Putin hakimiyyətinin sosial media və müstəqil mətbuatın fəaliiyyətini məhdudlaşdırılması gözlənilər hadisə idi. Rəsmi Moskva illərdir ki, söz azadlığını məhdudlaşdıran siyasət  yürüdürdü. 

Putini "böhran yaradan menecer" adlandıran Mehman Əliyev deyir ki, onun hakimiyyəti illərində Rusiya iqtisadiyyatı tənəzzülə doğru enib. Odur ki, Putinə bu əskikliyini ört basdır edəcək mətbuat lazım idi. " Putinin onu təbliq edəcək və dəstəkləyəcək mətbuata ehtiyacı var idi. Biz bunun bariz nümunəsini  Gürcüstan, 2014-cü ilin Ukrayna və Çeçenistan müharibəsi zamanın müşahidə etdik. O, yavaş yavaş müstəqil medianı sıradan çıxarırdı, maraqlı verilişləri bağladırdı. Əgər əvvəllr NTV kanalı Rusiya və ORT-dən öz  müstəqil verilişləri ilə seçilirdisə artıq zamanla o da Putinin təbliğat maşınına çevrildi. Amma sosial medianın yaranması Putinin planlarını pozdu. Artıq ondan asılı olmayan və ictimai rəyə təsir edən informasiya platforması yarandı",  Mehman Əliyev bildirdi. 

Onun fikrincə, bu vəziyyət uzun müddət sürməyəcək. Putin Rusiyanı Şimali Koreya vəziyyətində saxlamaq niyyətində ola bilməz. Ukrayna krizisi keçəndən sonra,  uzaq başı bir aya vəziyyət normallaşmağa başlamalıdır. 

Ekspertlər bildirirlər ki, əgər əvvəllər Rusiya gəncləri SSRİ barədə informasiyanı kitablardan və ya hələ sağ olan ata babalarından alırdılarsa , artıq o günləri müasir həyatlarında hiss edə biləcəklər.  Rusiya yavaş-yavaş SSRİ-ə çevrilir. 

N.Təbrizli







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol