Həbsxana partladı: 100 məhbus xəsarət aldı

Bu gün ABŞ-da həbsxanada partlayış baş verib.
ANS PRESS xəbər verir ki, CNN-in yaydığı məlumatda Florida ştatının Eskambiya vilayətində baş verən hadisə nəticəsində həbsxananın bir hissəsi uçub.
Hadisə baş verən zaman həbsxanada 600 nəfərə qədər məhbus olub, onlardan 100-dən çoxu müxtəlif bədən xəsarətləri alıb. Daha iki nəfərin isə öldüyü xəbəri verilir.
Digər qurbanlar haqqında hələ ki, məlumat yoxdur. Polislər həbsxanadan qaçmaq istəyən məhbusların olub-olmaması barədə də məlumatsızdırlar. Partlayış nəticəsində zərərçəkən məhbuslar müvəqqəti saxlanma təcridxanasına köçürülüblər.
ANN.Az
























