• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO

Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
07.03.2022 12:50
Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq Türkiyənin Adana şəhərində rəqs nümayişi keçirilib.

DJ Yağmur Güvən, Adana-Ukrayna Dostluq Mədəniyyət, Təhsil və Həmrəylik dərnəyinin sədri İrəm Tarı və vətəndaşlar Adananın Mərkəzi parkında bir yerə toplaşıb.

DJ-in müşayiəti ilə rəqqaslar Ata və Burcu İvak latın rəqsi nümayiş etdirib.

Yağmur Güven burada verdiyi açıqlamada Ukraynadakı müharibənin bir an əvvəl bitməsini arzulayıb.

Musiqinin universal bir dil olduğunu söyləyən Güven, "Pis günlərə qarşı ünsiyyət vasitəsi olmaq və heç tanımadığımız insanlarla dil, din, irq fərqi olmadan ünsiyyət qurmaq istədim. Ümid edirəm ki, məqsədimə çatdım", deyə  bildirdi.

Dərnək sədri İrəm Tarı verdiyi dəstəyə görə Güvənə təşəkkür edib.

Tədbir Ukrayna Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
 
2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
 

 







 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol