• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Rusiya nefti və qazından imtina edir - PREZİDENT BAYDEN/TƏCILI

ABŞ Rusiya nefti və qazından imtina edir - PREZİDENT BAYDEN/TƏCILI
08.03.2022 20:34
ABŞ prezidenti Co Bayden elan etdi ki, ABŞ Rusiya nefti və qazından imtina edir. 
 
"Dünya Putini  Ukraynada  müharibəni dayandırmağa çağırır. Rusiya Ukraynada bir şəhəri ələ keçirə bilər. Amma bütün ölkəni özünə təslim edə bilməyəcək. Biz ona görə Ukrayna xalqını dəstəkləməkdə davam edəcəyik. Ukraynalılaq azadlıq, demokratiya və ölkələrini müdadiə edirlər. Biz də onlara həm  humanitar, həm də maddi yardım edəcəyik",  - Bayden dedi. 
 
O , həmçinin bildirdi ki, Rusiya AVropanın ən iri atom elektrik stansiyasını  (Zaporojye AES) ələ keçirib. Bu təhlükəlidir.  
 
"Biz Putinin  başladığı müharibəni maliyyələşdirmək  niyyətində deyilik", - Bayden bildirib. 
 
O, etiraf edib ki, Avropadan olan müttəfiqləri Rusiya qazından  asılı olduğu üçün  Rusiya enerji daşıyıcılarından imtina edə bilməyəcək. 
 
Britaniyanın energetika  və sənaye strategiyası naziri  Kvazi Kvartenq isə bildirib ki, Britaniya Rusiya neftinin idxalını 2022-ci ilin sonuna dayadıracaq. 
 
"Böyük Britaniya Rusiya nefti və neft məhsullarının idxalını 2022-ci ilin sonuna dayandıracaq. Bu keçid bazara və müəssisələrə  Rusiya neftinə alternativlər tapmağa imkan verəcək. Hazırda Britaniya bazarına daxil olan neft və neft məhsullarının ın 8%-i Rusiyanın payına düşür", nazir Tvitter hesabnda deyib.  
 
ABŞ-ın Rusiya neftinin idxalından imtina etməsi  dünya bazarında neftin qiymətinin artmasına səbəb olacağına baxmayaraq  bu qərar ABŞ-ın hər iki partiyası tərəfindən dəstəklənib. 
 
Baydenin bu qərarı hələ elan edilməmiş  dünya bazarında Brent markalı neftin qiyməti   5% artaraq 1 barrel üçün 130 dollar təşkil edib. AVtomobil benzinin qiyməti isə 18% artıb. 

Dünyanın iri neft şirkətləri olan Shell və BP artıq Rusiya nefti və neft məhsullarının satışından imtina edib. Shell Rusiyada olan yanacaq doldurma stansiyalarını bağlayıb. 
 
N.Təbrizli



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol