• $
  • €
  • ₽
  • ₺
  • £

Coca-Cola və Pepsi Cola da Rusiyadan getdi

Coca-Cola və Pepsi Cola da Rusiyadan getdi
09.03.2022 09:06
The Coca-Cola Company Rusiyada fəaliyyətini dayndırdığını elan edib. Bu barədə şirkətin rəsmi saytında yazılıb. 

Keçən həftə şirkət rəhbərliyi hələ Rusiyada fəaliyyətini davam etdirdiyini  bildirmişdi. 

Coca-Cola-nın bazarda əsas rəqibi olan  PepsiCo isə martın 8-də elan edib ki, Rusiyanı tərk eləmək istəmir, amma bazarı öyrənməklə məşğuldur. Bunu  Wall Street Journal öz mənbələrinə istinadən yazır. 

PepsiCo da artıq Rusiya bazarından getdiyini elan edib. 

PepsiCo, Inc. bildirib ki, Rusiyada öz qazlı içkilərini daha satmayacaq. Şirkətin bu bəyanatı dünya bazarında  əsas rəqibi olan CocaCola-dan dərhal sonra yayımlanıb.  

PepsiCo   hələ SSRİ dağılana kimi bu ölkədə fəaliyyətinə icazə verilən çox azsaylı qərb şirkətlərindən idi. 
 
Şirkət Rusiya bazarında yalnız süd və uşaq yeməyi satışını davam edəcəyini bildirib. 

Bir çox iri şirkətlər Rusiya bazarında həyata keçirdikləri biznes əməliyyatları ya birdəfəlik dayandırıb, ya da müvəqqəti fasilə verdiklərini bildiriblər. 

Onların siyahısını təqdim edirik: 

Amazon - yeni müştəriləri daha qəbul etmir. 
McDonald's - müvəqqəti 80 restoranını bağlayıb.
Starbucks - kofe shop-larını bağlayır və biznesi dayandırıb.  
L'Oreal -müvəqqəti mağazalarını bağlayıb və on line satışı dayandırıb.  
Estée Lauder - fəaliyyətini dayandırıb. 
Ferrari и Lamborghini - fəaliyyətini dayandırıb. 
Yum! Brands - investisiya yatırımını və Rusiyada inkişafını dayandırıb. 
OBI - fəaliyyətini dayandırıb və mağazalarını bağlayıb.


N.Təbrizli 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol