• $
  • €
  • ₽
  • ₺
  • £

Polşa Ukraynaya MiQ-29 göndərməyə hazırdır, Pentaqon isə yox

Polşa Ukraynaya MiQ-29 göndərməyə hazırdır, Pentaqon isə yox
09.03.2022 09:47
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi Polşanın  MiQ-29 qırıcı təyyarələrini daha sonra Ukraynaya  göndərmək üçün  ABŞ-ın sərəncamına  vermək təklifini rədd edib və bunu "mümkünsüz" adlandırıb. 


"Biz Polşa və NATO-da olan başqa müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik. Bu təklifin mürəkkəb loqistik aspektləri var. Biz Polşanın bu təkfini  mümkün  saymırıq", -  Kirbi bəyanatında deyib. 


Polşanın təklifi deyəsən ABŞ məmurları üçün gözlənilməz olub. Bundan qabaq Dövlət Departamentinin  başçısı Viktoriya Nuland Varşavanın bu təklifi Dövlət Departamenti ilə razılaşdırmadğı barədə məlumat verib. 


Martın 8-də Polşa MiQ-29  qırıcı təyyarələrini Almaniyada yerləşən Ramştayn aviabazasına  ABŞ Silahlı  Qüvvələrinin sərəncamına göndərməyə hazır olduğunu bildirib.


Polşa prezidenti Mateuş Moravetcki bununla yanaşı bildirib ki, rəsmi Varşava təyyarələri birbaşa  Ukraynaya göndərməyə hazır deyil. Çünki nə NATO, nə də Polşa müharibə aparan tərəf deyil. 


Praktiki olaraq müharibənin lap əvvəlindən Vladimir Zelenski, "Qərbdə olan müttəfiqkər Ukraynaya bundan artıq nə edə bilər?" sualına cavabında "Ukraynanın hava məkanını bağlı elan edin" deyə cavab verib. 


Amma Qərb hesab edir ki, Ukrayna hava məkanını bağlamaq NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya getmək deməkdir.


Rusiya prezidenti Vladimir Putin də belə bir addımın atllması NATO-nun Rusiyaya qarşı müharibə elan etməsi kimi başa düşəcək.
 
BBC müxbiri Svyatslav Xomneko bildirir ki, Qərb Ukrayna hava məkanını bağlı elan etməklə faktiki Rusiya ilə hərbi toqquşmaya gedəcəyini başa düşür, yəqin ki rəsmi Kiyev də bunu anlayır. Odur ki, Zelenski Qərbə "hava məkanımızı bağalaya bilmirsiz , heç olmasa bizə təyyarələr verin, qoyun özümüz dinc əhalini ölümdən xilas edək", deyə müraciət edib. 


Söhbət Polşa , Slovakiya və Bolqarıstanda saxlanılan SSRİ istehsalı onlarla qərəcə təyyarədən gedirdi. Bu təyyarələr son illər ərzində bir qədər təkmilləşdirilib və Ukrayna pilotlarının onları idarə etməyi öyrənməyə ehtiyacı yoxdur. 


Rusiya hərbçiləri müharibənin başından Ukrayna təyyarələri və Havadan hücum müdafiə sisremini dağıtdıqlarını desələr də bunun yalan olduu artıq hamıya bəllidir. Pentaqon özü də bunu təsdiqləyib. Çünki Ukrayna hava məkanında döyüşlərin getdiyi açıq görünürş Rusiya hər gün təyyarə və vertolyot itirir. 


Ukraynaya 70 təyyarənin veilməsi  vəziyyəti kəskin yaxşılaşdırmasa da Ukraynanın mövqelərini gücləndirə bilər. 
 

N.Təbrizli
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol