• $
  • €
  • ₽
  • ₺
  • £

Çernobılda elektrikin söndürülməsi təhlükəlidirmi?

Çernobılda elektrikin söndürülməsi təhlükəlidirmi?
10.03.2022 00:28
 Çernobıl Atom Ekeltrik Stansiyasından şəhərə və ətraf bölgələrə elektrikin verilməsi dayandırılıb. Cernobılda və onun ətrafında baş verənlərə bir az  ətraflı nəzər salaq. 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünya ictimaiyyətini atom elektrik stansiyasının binasını təcili təmir etmək üçün Rusiyanı atəşkəsə məcbur etməyə çağırıb. Kuleba bildirib ki, ehtiyat dizel generatorları Çernobıl AES-i və onunla əlaqədar olan  obyektləri 48 saat ərzində qidalandıra  bilər.

"Sonra istifadə olunmuş nüvə soyutma sistemi sönəcək və bu, radiasiyanın sızması təhlükəsi yaradacaq", - Kuleba bildirib.

Bundan əvvəl Ukraynanın dövlət şirkəti "Enerqoatom” bildirib ki, sızma radioaktiv buludun yaranmasına gətirib çıxara bilər və külək axını onu Ukrayna, Belarus, Rusiya və Avropanın digər regionlarına apara  bilər.

Buna baxmayaraq Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hesab edir ki, hələlik Çernobılda "kritik təhlükəsizlik pozuntuları” müşahidə olunmur.

Zaporojye AES-in, eləcə də Rusiya hərbçilərinin nəzarətində olan Çernobılın ətrafında radiasiya səviyyəsi hələlik normaldır. Ukraynanın "Enerqoatom” dövlət nüvə şirkətinin rəhbəri Petr Kotin bildirib ki, hərbi əməliyyatlar nəticəsində zədələnmiş blokda təmir işləri aparılır.

N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol