• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibədə ölən ukraynalıları xəndəklərdə basdırırlar - FOTOLAR/VIDEO

Müharibədə ölən ukraynalıları xəndəklərdə basdırırlar  - FOTOLAR/VIDEO
10.03.2022 17:57
Mariopolun Rusiya Silahlı Qüvvələri tərəfindən şiddətli atəşə tutulması səbəbindən həlak olmuş ukraynalıları qardaş məzarlığında dəfn edirlər. Onların sayı elə sürətlə artır ki, çəhər sakinləri onların hər biri üçün məzar qazmaq və tabutda dəfn eləməyə macal tapmır. Şəhərin daim bomvardman edilməsi də bu işi bir qədər də çətinləşdirir.

Associated Press-ə məxsus fotolarda  əyninə  kombinezon və ya mavi qoruyucu kostyum geyinmiş kişilərin insan cəsədlərini xəndəyə yerləşdirdikləri əks olunub. Bəzi fotoşəkillərdə cəsədlər meyidlər üçün nəzərdə tutulmuş torbalara qoyulub, digərlərində isə sadəcə adyallara bükülüb.

Şəhər bir neçə gündür Rusiya Silahlı Qüvvələri tərəfindən bombalanır və mühasirəyə alınıb. 
 


Rusiyanın işğalı başlayandan bəri Mariupolda azı 1300 mülki şəxs həlak olub. Bu barədə  şəhər merinin müşaviri məlumat verib.  

Şəhər sakinlərinə su və elektrik enerjisinin verilməsi dayandırılıb. Ukraynanın xarici işlər naziri Rusiyanı  300 min mülki şəxsi girov saxlamaqla hərbi cinayət törətməkdə ittiham edib.

"Biz həqiqətdə nə qədər adamın öldüyünü hesablaya bilmirik. Real ölənlərin sayı deyiləndən üç-dörd dəfə çoxdur. Bomba və artilleriya atəşi nəticəsində küçələrdə neçə nəfərin öldüyünü hesablaya belə bilmirik",  -  
Mariupol merinin müavini Sergey Orlov CNN-ə bildirib.

Sayı günü-gündən artan ölüləri dəfn etmək üçün şəhər adminstrasiyasının fəhlələri qəbiristanlıq ərazisində 22 metr uzunluğunda dərin xəndək qazaraq Rusiya ordusunun hücumları nəticəsində həlak olmuş əsgərlərin və mülki şəxslərin cəsədlərini torpağa basdırırlar.

Hadisə yerini çəkən AP-nin fotomüxbiri Evgeniy Maloletka, bəzi cəsədlərin "xalçaya və ya plastik torbalara bükülmüş şəkildə gətirildiyini" söyləyib. "Həftənin ikinci günü 40, üçüncü günü isə daha 30 nəfərin nəşi qardaş məzarlığında dəfn edilib", - jurnalist deyib. 


Elnur Babayev

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol