• $
  • €
  • ₽
  • ₺
  • £

Mariupolda bombalanmasın deyə "uşaq" sözü yazılsa da....- VİDEO

Mariupolda bombalanmasın deyə "uşaq" sözü yazılsa da....- VİDEO
17.03.2022 14:00
Ukraynanın Mariupol şəhərində teatr həyətində "uşaq" sözü yazılmasına baxmayaraq həmin teatr binası Rusiya Silahlı Qüvvələri tərəfindən bombalanıb və nəticədə çoxlu sayda mülki əhali həyatını itirib.
 
Teatrın peyk tərəfindən görüntüləri yayılıb. "Maxar” şirkəti tərəfindən yayılan görüntüləri Rusiyanın hücumu ilə bağlı  həqiqəti üzə çıxarıb. Sığınacaq kimi istifadə olunan binanın bağçasında havadan görünən rus dilində 'UŞAQ' yazılıb. Ukraynalı mülki şəxslər Rusiya qüvvələrinə binada uşaqların olduğunu və bu mülki hədəfin vurulmaması lazım olduğunu bildirmək istəyiblər.Lakin bu səy kifayət etməyib.


 
 
Mariuopol rəsmiləri bildirir ki, həmin teatrda 1000-1200 aralığında mülki şəxs sığınıb. 
 
Hücumda həyatını itirən çox sayda insanın cəsədlərini yan-yana əks etdirən fotoşəkillər beynəlxalq xəbər agentlikləri tərəfindən təsdiq edilərək paylaşılıb. 



"RUS İŞĞALÇILARININ MƏQSƏDİ SOYQIRIM ETMƏKDİR”

Ukraynanın bəyanatında deyilir ki, düşmən qocaları, qadınları və uşaqları hədəfə alır. Bunlar tamamilə silahsız müdafiəsiz mülki şəxslərdir. Rus işğalçılarının yeganə məqsədi Ukrayna xalqına qarşı soyqırım törətməkdir. Nə qədər vaxt keçsə də, ölən vətəndaşların heç birini, heç bir qanı unutmayacağıq.

MARIUPOL ƏN ÇOX VURULAN ŞƏHƏRDİR

450 min əhalisi olan Mariupol rus işğalında ən çox hədəf alınan şəhər oldu. Bölgədən Qırmızı Xaç rəsmilərinin verdiyi məlumata görə, şəhərdə vəziyyət çox pisdir”. Mariupol Ukraynanın cənubunda, Rusiyanın dəstəklədiyi separatçılarla Krımın ortasında yerləşir. Şəhərə tam nəzarət ruslara Azov dənizinə qədər bölgədə böyük üstünlük verəcək və konvoyların keçməsi üçün uzun yol dəhlizi açacaq. Şəhər rəsmiləri işğal başlayandan bəri şəhərdə ən azı 2500 nəfərin öldüyünü, lakin ölülərin sayının və cəsədlərin toplanmasının çətinliyi səbəbindən bu rəqəmin 20 minə qədər arta biləcəyini bildirir.(sondakika)



 


Səkinəxanım Məmmədova
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol