• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada ali təhsilə 100 milyon dollar ayrıldı

Ukraynada ali təhsilə 100 milyon dollar ayrıldı
18.03.2022 09:43
Ukrayna hökuməti və Dünya Bankı ali təhsil sahəsində təxminən 100 milyon ABŞ dolları məbləğində təcili yardım haqqında qərar qəbul edib ki, bu da 2021-2022-ci tədris ilində 172 min tələbənin akademik təqaüdünün və 50 min tələbənin təqaüd proqramlarının xərclərinin ödənilməsinə imkan verəcək.
 
Bu barədə Dünya Bankının hesabatında deyilir.
 
"Təhsil Nazirliyi və Dünya Bankının "Ukraynada ali təhsilin nəticələrinə görə təkmilləşdirilməsi” birgə layihəsinin yeni komponenti sayəsində ali təhsil sahəsində hökumətin büdcə proqramının kompensasiyası üçün təxminən 100 milyon ABŞ dolları məbləğində maliyyə ayrılır”, - bankdan bildirilib.
 
Maliyyə qurumu izah edib ki, Rusiyanın Ukraynaya davam edən işğalı ukraynalı ailələrə misilsiz iztirablar gətirib və bir çox ailələr uşaqlarının təhsilini təmin etdirə bilmir.
 
"Bu təqaüd proqramları tələbələrin əsas ehtiyaclarını, xidmətlərini təmin etməyə kömək edəcək və nəticədə təhsil prosesinin davam etdirilməsinə, təlim nəticələrinin yaxşılaşdırılmasına töhfə verəcək", - Dünya Bankının Şərqi Avropa üzrə regional direktoru Arupap Banerji deyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol