• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın bərpası Rusiya hesabına aparılacaq - Denis Şmıxal

Ukraynanın bərpası Rusiya hesabına aparılacaq - Denis Şmıxal
18.03.2022 12:35
Rusiya Silahlı qüvvələri tərəfindən Ukraynada dağıdılan hər şey həbs edilmiş Rusiya əmlakı hesabına maliyyələşdiriləcək. Ukrayna KİV yazdığına görə, bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.  

"Ukraynanın Rusiyanın işğalından birbaşa itkiləri artıq 500 milyard dolları keçib. Ukrayna ümid edir ki, bu itkilər Rusiyadan təzminat və müttəfiqlərin maliyyə yardımı hesabına kompensasiya olunacaq", - Şmıqal bildirib. 

Ukrayna Rusiya üzərində qələbə çalacağı təqdirdə (hərçənd bu barədə indi danışmaq çox çətindir, - red)  Rusiyadan müəyyən təzminat almaq mümkün olacaqmı sualına indi cavabı yoxdur. Amma  Denis Şmıxal bildirib ki, ən azı Ukrayna Rusiyanın xaricdəki əmlakına həbs qoyulmasını tələb edəcək.
Şmıxal həmçinin Ukraynanın Rusiyaya qarşı başqa hansı sanksiyaların qoyulmasını istədiyini də açıqlayıb. 

Bunlara Rusiyanın terrorizmin sponsoru kimi tanınması, Rusiya gəmiləri və yükləri üçün limanların bağlanması, Rusiyanın bütün enerji və xammalına embarqo qoyulması, Rusiya banklarının SWIFT-dən ayrılması (indiyə qədər yalnız bir neçəsi SWIFT-dən ayrılıb) və Rusiya vətəndaşlarına viza verilməsinin dayandırılmasıdaxildir.


N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol