• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya nüvə müharibəsinə hazırlaşır, yoxsa boşboğazlıq edir? - ABŞ-DAN ŞƏRH

Rusiya nüvə müharibəsinə hazırlaşır, yoxsa boşboğazlıq edir? - ABŞ-DAN ŞƏRH
23.03.2022 09:40
 
ABŞ Rusiyanın nüvə qüvvələrini gündəlik izləyir. Bununla belə ABŞ Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Rusiyanın "ekzistensial təhlükə” ilə üzləşəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı bəyanatını pisləyib.


Bunu Pentaqonun sözçüsü Con Kirbi Moskvanın nüvə təhlükəsi ilə bağlı bəyanatını şərh edərkən bildirib. 


Belə ki, CNN telekanalına müsahibəsində Dmitri Peskov Moskvanın nüvə silahından istifadə etmək fikrində olub-olmaması barədə suala cavabdan bir neçə dəfə yayınıb. Aparıcı Kristian Amanpur ondan Putinin nüvə arsenalından hansı şəraitdə istifadə edə biləcəyini soruşduqda Peskov cavab verib ki,  "ölkəmiz üçün ekzistensial təhlükə yaranarsa, bu, mümkündür”.


"Məsuliyyətli nüvə dövləti belə hərəkət etməməlidir”, - bu sözləri şərh edən Con Kirbi deyib.


Eyni zamanda, Pentaqonun sözçüsü əlavə edib ki, departament hələlik onları strateji mühafizə mövqeyini dəyişməyə məcbur edəcək heç nə görmür.


Vladimir Putin fevralın 27-də Rusiyanın nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, lakin Qərb müdafiə rəsmiləri Rusiyanın strateji bombardmançıları, raketləri və sualtı qayıqlarının səfərbər olmasına dair heç bir iş  görmədiyini  bildirir. 


Putinin mətbuat katibi Dmitri Peskovun CNN-ə müsahibəsində Rusiyanın nüvə silahının potensial istifadəsini istisna etmədiyi barədə sözləri ekspertlərin fikrincə, ölkənin nüvə siyasətində dəyişiklik kimi şərh edilməməlidir.


iSEC Partners və NGS Secure təşkilatarının keçmiş baş təhlükəsizlik məsləhətçisi Matt Tate tvitter hesabında yazıb ki, "burada yeni heç nə yoxdur. Sadəcə köhnə doktrinanın təkrarıdır".


"Onlar ABŞ-ın nüvə silahları ilə bağlı panikasını görməkdən həzz alır, bu bəyanat mövqe dəyişikliyi ilə bağlı deyil”, - o əlavə edib.


N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol