• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb

Zəngin rusiyalıların sərvəti təxminən 3 milyard dollar artıb
25.03.2022 12:55
Martın 24-də Moskva birjasında ticarətin bərpasından sonra Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2,7 milyard ABŞ dolları artıb.

"Bloomberg Billionaires Index”in məlumatlarına əsasən, ticarətin açılmasından sonra 10 rusiyalı iş adamı sərvətini artıra bilib.

O cümlədən "Volqaa Qrup” investisiya şirkətinin əsas səhmdarı, daha əvvəl Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiya siyahılarına düşən Gennadi Timçenko, həmçinin "Novatek”in idarə heyətinin sədri Leonid Mixelson kapitallarını 1 milyard dollardan çox artırıb. Agentliyin məlumatına görə, ümumi sərvəti 26,3 milyard ABŞ dolları olan "Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin Rusiyanın ən varlı adamı olaraq qalmaqdadır.

"Bloomberg” İnfirmasiya Agentliyi 2012-ci ilin mart ayından etibarən planetin ən zəngin 500 adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən "Bloomberg Billionaires Index” dərc edir.

Biraylıq fasilədən sonra martın 24-də fəaliyyətini bərpa edən Moskva birjasının indeksi ticarət gününün sonunda birjada ticarətin bağlandığı 25 fevral tarixi ilə müqayisədə 4,4% artaraq 2578,5 bənd təşkil edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol