• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ayağı ilə yüzlərlə kilometr yol qət etdi

Bir ayağı ilə yüzlərlə kilometr yol qət etdi
30.03.2022 22:01
Qəza nəticəsində bir ayağını itirən Ahmet Dönməz həyatını idmana həsr edib. Velosiped sürməyi həm hobbi, həm də işinə çevirən Dönmez çempionatlarda iştirak etmək istəyir.

13 yaşında görünməz qəza nəticəsində bir ayağını itirən 32 yaşlı Ahmet Dönməz 20 yaşında bodibildinq( xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişaf - red.), 5 il sonra isə üzgüçülüklə məşğul olmağa başlayıb.

3 il əvvəl iş yerini tərk etmək məcburiyyətində qalan Dönməz özü kimi ayağı olmayan idmançıdan ilhamlanaraq internetdə əlilliyi olan idmançıların paylaşımlarını izləyərək velosiped sürməyə başlayıb.
Dönmez ayaqqabısının altında və pedalda açar mexanizmi olan velosipedlə yüzlərlə kilometr yol qət edib.

Dönməz bildirir ki, üzgüçülük və bədən tərbiyəsi idmanı ilə məşğul olduğu dönəmdə əlilliyi olan idmançıdan təsirlənib.

"Orada gördüm ki, tək ayaqla velosiped sürmək olar. Dərhal araşdırmaya başladım. Məlum oldu ki, onu velosiped ayaqqabısı və xüsusi kilidli pedalla sürür. Bundan sonra dərhal velosiped aldım və sürməyi öyrəndim. Zaman keçdikcə velosipedə aludə oldum, bu hobbi həyatımı xeyli asanlaşdırdı. Əlim bir növ ayağım oldu. Bir yerdən başqa yerə daha rahat gedə bilirəm və velosiped sürmək mənim həyat tərzimə çevrilib”, o bildirdi.

Dönməz bir müddət əvvəl işsiz qaldığını, diş pastası, diş fırçası, akkumulyator kimi materialları velosipeddən istifadə edərək müəssisələrə sataraq dolandığını açıqlayıb.

"İdmançıyam amma işsizəm. İş tapa bilmirəm. Məşq edirəm. Adanadan Mersinə, Kozana, Karataşa, Ceyhan, Osmaniye, Hatayda tək ayaqlı velosipedlə gəzirəm. Amma maddi dəstək olmasa, boşa gedər. Çempionatlarda iştirak edə bilmərəm. Həm bizneslə, həm də idmanla məşğul olduğum üçün sponsor axtarıram", o söyləyib.

Ahmet Dönməz Türkiyənin müvafiq qurumlarının kömək edəcəyinə inanır. (trt haber)
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol