• $
  • €
  • ₽
  • ₺
  • £

Peyvənd satışlarından 10,3 milyard avro əldə edildi

Peyvənd satışlarından 10,3 milyard avro əldə edildi
30.03.2022 22:43
"BioNTech" 2021-ci ildə peyvənd satışlarını artıraraq 10,3 milyard avro xalis mənfəət əldə edib, bu barədə şirkətin yaydığı hesabatda bildirilib. 

"BioNTech" 2020-ci ildə 15,2 milyon avro mənfəət əldə edib.

"BioNTech"in ümumi gəlirləri 2020-ci ildə 482,3 milyon avrodan, 2021-ci ildə 18,97 milyard avroya bərabər olub. Səhm üzrə qazanc isə 0,06 avrodan 39,63 avroya yüksəlib.

"BioNTech" bu il bağlanmış 2,4 milyard doza "COVID-19" peyvəndi tədarükü müqavilələrindən 13-17 milyard avro gəlir əldə etməyi gözləyir.
Şirkət AR-GE (Araşdırma-İnkişaf) fəaliyyətlərinə 1,5 milyard avro xərcləməyi planlaşdırır.

Keçən il "BioNTech" peyvənd istehsalındakı tərəfdaşı "Pfizer" ilə 165-dən çox ölkəyə 2,6 milyard dozadan çox "COVID-19" peyvəndi tədarük edib.

"BioNTech" həmçinin 2021-ci maliyyə ili üçün 4,8 milyard avro vergi ödəyəcəyini açıqlayıb.

"BioNTech" Almaniyada yerləşən xalqa açıq bir biotexnoloji şirkətdir.
2008-ci ildə Alman-Mainz şəhərində Türk-Alman alimlər Uğur Şahin və Özlem Türeci tərəfindən qurulub. 2018-ci ilin avqustunda qripin qarşısının alınması üçün mRNA əsaslı vaksinlərin hazırlanması üçün Pfizer ilə əməkdaşlıq etdi. 2019-cu ildə Bill & Melinda Gates Fondu ilə HİV və vərəm peyvəndi araşdırmaları üçün bir razılığa gəldi. 2020-ci ildə SARS-CoV-2 virusuna qarşı COVID-19 vaksini istehsal etmək üçün Pfizer və Fosun ilə ortaq şəkildə peyvənd işlərinə başladı. BNT162b2 peyvənd işləri hazırda 3-cü mərhələdədir. (trt haber)

Ləman Qasımova







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol