• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Ukraynadakı hərbi cinayətlərlə bağlı komissiyanın tərkibini elan etdi

BMT Ukraynadakı hərbi cinayətlərlə bağlı komissiyanın tərkibini elan etdi
31.03.2022 13:40
BMT-nin İnsan Hüquqları Şurasının sədri Federiko Villeqas (Argentina) Ukraynadakı hərbi cinayətləri araşdıracaq komissiyanın üzvlərini adını açıqlayıb. Bu barədə BMT-nin saytında məlumat verilib.

UNHRC martın əvvəlində belə bir komissiya yaratmaq qərarına gəlib. Komissiyaya "insan hüquqlarının müdafiəsi və beynəlxalq humanitar hüququn pozulması sahəsində bütün iddia edilən pozuntuları və sui-istifadələri, habelə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü kontekstində yer alan cinayətləri” araşdırmaq tapşırılıb.

Komissiyaya üç müstəqil üzv kimi Norveçdən Erika Mose, Bosniya və Herseqovinadan Jasminki Dzumhur və Kolumbiyadan Pablo de Qriffa daxil olacaq.

Komissiyaya Norveç Ali Məhkəməsinin və Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi Erika Mose sədrlik edəcək.   Bundan əlavə, o, 1994-cü ildə Tutsi soyqırımı zamanı törədilən cinayətləri araşdıran Ruanda üzrə Beynəlxalq Tribunalın rəhbəri olub.

Jasminka Dzumhur Bosniya və Herseqovinanın İnsan Hüquqları üzrə Müvəkkilidir. Pablo de Greiff Nyu-York Universitetinin Hüquq Fakültəsi İnsan Hüquqları və Qlobal Ədalət Mərkəzinin Keçid Ədliyyəsi Proqramının baş əməkdaşı və direktorudur.

Komissiya üzvləri 2022-ci ilin sentyabrında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 51-ci sessiyasına gördükləri işlər barədə şifahi hesabat təqdim etməlidirlər. Tam yazılı hesabat 2023-cü ilin martında təqdim edilməlidir.

Bundan əlavə, komissiya üzvləri BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 77-ci sessiyasında məruzə ilə çıxış edəcəklər.

Komissiya üzvlərinin hərbi cinayət faktlarını müəyyən etmələri və mümkün olduqda "Ukraynada törədilmiş insan hüquqlarının pozulmasına və bununla bağlı cinayətlərə görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmələri gözlənilir.

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol