• $
  • €
  • ₽
  • ₺
  • £

Qaçqınları ələ salan iki rusiyalı həbs edilib

Qaçqınları ələ salan iki rusiyalı həbs edilib
05.04.2022 17:04
Almaniyanın Berlin şəhərində Ukraynadan olan qaçqınları ələ salan iki rusiyalı həbs edilib. Bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb.
 
Məlumata görə, Ukrayna qaçqınlarının gəldiyi Berlin dəmir yolu vağzalında 33 və 41 yaşlı iki kişi polisi təhqir edərək ukraynalıları təxribata çəkməyə çalışıb. Onlardan biri Bavariyada həbs edilib, digəri isə sərbəst buraxılıb. saxlanılan şəxslərin gödəkçəsinə Rusiya bayrağının rənglərində qələbə işarəsi taxılı olub.
 
Məsələ ilə bağlı polis cinayət işi açıb.
 
Almaniyanın xarici işlər naziri Annalena Berbok martın 31-də verdiyi açıqlamada bildirib ki, müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırdır.

"Lakin müharibə hələ də davam edir və Rusiyanın bəyanatlarına inanmaq olmaz. Əgər zəmanət lazımdırsa, Almaniya da orada olacaq və zəmanət verəcək. Biz Ukrayna ilə 100 faiz həmrəyik”, - nazir bildirib.

O deyib ki, bu, sülh danışıqlarına və gələcək sülh nizamına da aiddir. Bununla belə, nazir etiraf edib ki, Ukrayna və Rusiya arasında danışıqlar elə deyil ki, hər hansı irəliləyiş gözlənilsin. 

Burboka görə, Rusiya tərəfi zəmanət və neytrallıqdan danışanda Ukraynadan çox fərqli bir şeyi nəzərdə tutur.

Fevralın 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Almaniya müharibənin ilk günlərindən Ukraynanın tərəfində olduğunu, müharibəni pislədiyini bəyan edib. 


Aytac Zeynalova

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol