• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstan 12 diplomatını, Portuqaliya 10 rus konsulluq əməkdaşını ölkədən çıxarır

Yunanıstan 12 diplomatını, Portuqaliya 10 rus konsulluq əməkdaşını ölkədən çıxarır
06.04.2022 18:24
Yunanıstan və Portuqaliya da rus diplomatlarını ölkədən çıxardıqlarını açıqlayıb. Bu barədə bəyanatlar  ölkələrin xarici işlər nazirliklərinin rəsmi internet səhifələrində yerləşdirilib.
 
Buna səbəb  Vyana Konvensiyasının müddəalarına uyğun olaraq və onların fəaliyyəti milli təhlükəsizliyə zidd olduğu üçün qərar qəbul edilib.

Belə ki, Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın Yunanıstandakı diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşını persona non-qrata elan etdiklərini bildirib.
 
"Yuxarıda qeyd olunanlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının şərtlərinə əsasən arzuolunmaz hesab edilib”, - deyə məlumatda bildirilir.
 
Bu gün səhər saatlarında nazirliyin baş katibi bu qərarla bağlı Rusiya səfirini məlumatlandırıb. Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, dünən günortadan sonra ölkə hökuməti bu diplomatik missiyanın "fəaliyyətləri milli təhlükəsizliyə zidd olan” 10 əməkdaşını persona non-qrata elan etmək qərarı barədə Rusiya Federasiyasının səfirini xəbərdar edib.
 
Onların Portuqaliya ərazisini tərk etmək üçün iki həftə vaxtı olacaq. Portuqaliya hökuməti Rusiyanın Ukrayna ərazisinə təcavüzünü qətiyyətlə pislədiyini bəyan edib.
 
 Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Rumıniya və Sloveniya da daxil olmaqla bir sıra Avropa ölkələri daha əvvəl rus diplomatlarını ölkədən çıxardıqlarını elan etmişdilər. Bu qərarlar Kiyevin rus işğalçılarının Kiyev vilayətində, xüsusən də Buçada vəhşilikləri barədə dərc etdiyi məlumatdan sonra qəbul edilib.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol