• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan XİN: “Türkiyə ilə fəal əməkdaşlıq davam etdiriləcək”

Gürcüstan XİN: “Türkiyə ilə fəal əməkdaşlıq davam etdiriləcək”
07.04.2022 21:00
Gürcüstan-Türkiyə münasibətlərinin bundan sonra da inkişafı üçün fəal əməkdaşlıq davam etdiriləcək.

Bu, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Brüsseldə NATO XİN başçılarının toplantısı çərçivəsində keçirdiyi görüşdə bildirilib.

Tanışlıq görüşündə iki ölkə arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb.

Türkiyənin Gürcüstanın Avroatlantik inteqrasiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyi ifadə olunub.

Görüşdə Ukraynadakı böhran və regionda təhlükəsizlik mühiti də müzakirə olunub. Nazirlər bu istiqamətdə danışıqlar prosesində Türkiyənin xüsusi rolunu və Ankaranın gələcək səylərini vurğulayıblar.

XİN başçıları yüksək səviyyələrdə səfərlərin mübadiləsinin və Gürcüstan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısının təşkilinə hazırlıq ifadə ediblər.
Müzakirələr zamanı iki ölkə arasında uğurlu ticari-iqtisadi əlaqələrə də toxunulub, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.

Çavuşoğlu gürcü həmkarına gələcək fəaliyyətində uğurlar arzulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol