“Facebook”da işə başlayan azərbaycanlıya corab hədiyyə edildi

Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan "Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb. Bu barədə o özü məlumat verib.
Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə "Meta” ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.
Corabların üzərində isə "Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. "Meta”da icma yaratmaq üçün addım atmaq budur” yazılıb.
www.anews.az
























