• $
  • €
  • ₽
  • ₺
  • £

Slovakiya Ukraynaya S-300 raket sistemi verib

Slovakiya Ukraynaya S-300 raket sistemi verib
08.04.2022 17:24
Slovakiya Ukraynaya S-300 raket sistemi verib. Bu məlumatı ölkənin baş naziri Eduard Heqer də təsdiqləyib.
 
Onun sözlərinə görə,  Rusiya təcavüzü ilə mübarizədə Ukraynaya kömək etmək Slovakiyanın borcudur.

Slovakiya raket sistemini hələ martın ortalarında Ukraynaya  verməyə hazır idi. Lakin sonra Slovakiya hakimiyyəti S-200 raket sistemini onun Qərb istehsalı olan  adekvat modelinə dəyişmək istədiyini bildirib.  Amma bu raket sisteminin Ukraynaya daxil olub-olmadığını Heqer dəqiqləşdirməyib.
 
S-300  uzun radiuslu zenit raket sistemidir. Onun seriyalı istehsalına 1975-ci ildən başlanılıb. 1978-ci ildən sistemin sınağı başa çatır. 1979-cu ildən isə ilk S-300 istismara verilib. 

S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.
 
Bu raket sistemləri ABŞ və NATO təsnifatına görə SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 uyğun gəlir.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol