• $
  • €
  • ₽
  • ₺
  • £

Conson və Zelenskinin brifinqindən diqqət çəkən məqamlar

Conson və Zelenskinin brifinqindən diqqət çəkən məqamlar
10.04.2022 08:48
Böyük Britaniya Rusiyaya iqtisadi təzyiqi artlracaq . Bunu Briyaniyanın Kiyevə səfər edən baş naziri Boris Conson Ukrayna prezidenti ilə keçirdiyi birgə brifinqdə bildirib. 

"Tərəfdaşlarımızla birlikdə biz Rusiyaya iqtisadi təzyiqi artıracağıq və hər həftə yeni sanksiyalar verməkdə davam edəcəyik”, - Conson bildirib. 

Britaniyanın baş naziri vurğulayıb ki, Buça, İrpin və digər şəhərlərdə baş verən hadisələr müharibə cinayətidir.

Gələcəkdə Britaniya tərəfdaşları ilə birlikdə işğalı mümkün olmayan Ukraynanın yaradılmasına kömək edəcək.
 
Boris Conson həmçinin bildirib ki, London Ukraynanı müdafiə etmək üçün 120 zirehli maşın və yeni gəmi əleyhinə raket sistemləri verəcək.

Conson bundan əvvəl demişdi ki, Britaniya Ukraynaya hərbi yardımı daha 100 milyon funt sterlinq artıracaq,  tank əleyhinə və zenit-raket kompleksləri, həmçinin "kamikadze dronları” verəcək. 

 "Ukrayna bütün gözləntilərin əksinə olaraq, Kiyevdən rus qoşunlarını sıxışdırıb çıxarıb və 21-ci əsrin ən böyük hərbi şücaətinə nail olub. Prezident Zelenskinin inamlı rəhbərliyi və Ukrayna xalqının qarşısıalınmaz qəhrəmanlığı və cəsarəti sayəsində Putinin dəhşətli planları indi puça çıxır”,  -  Conson vurğulayıb.

Zelenski öz növbəsində Qərbi Rusiyanın enerji resurslarına tam embarqo qoymağa çağırıb.

Ukrayna prezidenti əlavə edib ki, Britaniyanın Avropa müttəfiqlərinin Rusiyaya qarşı birləşməsinə kömək edəcəyinə ümid edir.

Brifinqdən qısa müddət sonra Downing Street Britaniyanın Dünya Bankı vasitəsilə Ukraynaya 500 milyon dollar maliyyə yardımı edəcəyini (bu təşəbbüs hələ parlamentdən keçməyib) və Ukrayna mallarının idxalına rüsumları azaldacağını açıqlayıb.

Bundan əvvəl Conson da Ukraynanı əlavə silahlarla təmin edəcəyinə söz verib.

N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol