• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı meşədə səngər qazan rus əsgərlərini radiasiya xəstəliyi gözləyir - "Enerqoatom"

Qırmızı meşədə səngər qazan rus əsgərlərini radiasiya xəstəliyi gözləyir - "Enerqoatom"
10.04.2022 10:03
"Enerqoatom” şirkətinin rəhbəri Pyotr Kotin mütəxəssislərlə birlikdə Rusiya hərbçilərinin səngərr qazdığı və istehkamlar qurmağa çalışdığı təcrid zonasının Qırmızı meşə hissəsində  radiasiyanın səviyyəsini ölçüb.

Ölçmə yerlərində qamma fon saatda 3,2 - 4 mikrozivert təşkil edib ki, bu da normadan 10-15 dəfə yüksəkdir.

"Ölçmə yerlərində insanın torpaq səthindən qəbul edə biləcəyi beta çirklənmənin səviyyəsi90 Sr olub ki, bu da normadan 160 dəfə çoxdur”, - deyə şirkətdən bildirilib.

"Energoatom” həmçinin bildirib ki,  meşənin bu sahəsində 40-80 sm dərinlikdə  nüvə yanacağının fraqmentləri və şüalanmış qrafit basdırılıb. Onlar alfa şüalanma mənbəyi ola bilər və insan bədəninə daxil olduqda, belə fraqmentlər qamma və beta şüalarının təsirindən on dəfə daha təhlükəlidir. Rus hərbçilərinin qazdığı səngərlər isə 40-80 sm-dən daha dərindir.

"Bir aydan artıqdır ki, Qırmızı meşədə olan bütün Rusiya hərbçilərini müxtəlif şiddət dərəcəsi ola biləcək radiasiya xəstəliyi gözləyir", - "Energoatom" mütəxəssisləri əminliklə bildirir.

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını işğalın ilk günü, yəni fevralın 24-də ələ keçirib.  Martın 30-da Rusiya Müdafiə Nazirliyi qoşunların "planlı yenidən qruplaşdırılması”nı elan edib, aprelin 1-də isə "Enerqoatom" Rusiya hərbçilərinin AES-i tərk etdiyini bildirib.

Çernobıl Atom Elektrik Stansiyasının birbaşa arxasındakı ərazi Qırmızı Meşə adlanır, bu, planetin ən çirklənmiş ərazilərindən biridir. 

Məhz bu ərazi 1986-cı ildə baş verən partlayış zamanı əsas radiasiya axınına məruz qalıb. Burada ağaclar, xüsusilə də  şam ağacları dərhal məhv olub və onların iynə formasında olan yarpaqları qırmızı rəngə boyanıb.

Ukrayna pilotsuz təyyarələri ilə  çəkilən fotolardan  göründüyü kimi, rus əsgərləri orada səngərlər qazıb, hətta bir müddət bu meşədə yaşayıblar. Görünür onlar radiaktiv təhlükədən xəbərsiz olub.

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol