• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Avropanın şərqində 40 min hərbçi yerlləşdirdi

NATO Avropanın şərqində 40 min hərbçi yerlləşdirdi
10.04.2022 10:52
NATO Rusiyanın artan hərbi fəallığı ilə əlaqədar olaraq şərq sərhədlərində hərbi qüvvələrin tammiqyaslı yerləşdirilməsi planlarını hazırlayır.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın "The Sunday Telegraph” qəzetinə müsahibəsində bildirib.

Stoltenberq qeyd edib ki, Alyansın şərq cinahında artıq 40 minə yaxın hərbçi yerləşdirilib ki, bu da bir neçə ay əvvəlkindən təxminən on dəfə çoxdur. Alyans rəhbəri onların sayının artacağını bildirib.

NATO-nun regionda qruplaşmasının necə olacağı ilə bağlı yekun qərarın təşkilatın bu ilin iyununda Madriddə keçiriləcək sammitində təsdiqlənməsi planlaşdırılır.

"Hazırda gördüyümüz iş yeni reallıqdır. Ancaq Avropanın təhlükəsizliyi üçün normal haldır. Hərbi komandanlıqlar bu yeniliyə uyğunlaşmaq üçün planlar təqdim edir. İyun ayında Madrid sammitində bu məsələ ilə bağlıqərar qəbul ediləcəyini gözləyirəm",-deyə Stoltenberq bildirib.

Martın 24-də NATO-nun baş katibi Ukraynadakı hadisələrə cavab olaraq Alyansın şərq cinahındakı hərbi mövcudluğunu dənizdə, quruda və havada daimi olaraq artıracağını, həmçinin hava hücumundan müdafiəni, gücləndirəcəyini açıqlamışdı.

Bundan əlavə, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradılacaq.Apa

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol