• $
  • €
  • ₽
  • ₺
  • £

Rus əsgərlərinin təcavüzünə məruz qalan qadın danışıb – VİDEO

Rus əsgərlərinin təcavüzünə məruz qalan qadın danışıb – VİDEO
13.04.2022 20:44
Ukraynanın Kiyev vilayətinin qərbində yerləşən kəndlərin birində rus əsgərlərinin ukraynalı qadınlara qarşı zorakılıq etməsi faktı ortaya çıxıb.
 
Bu barədə "BBC”nin jurnalistlərinə zorakılığa məruz qalmış adı çəkilməyən ukraynalı qadın danışıb.
 
"Evə bir əsgər girdi. Həyat yoldaşım da yanımda idi. Silahla təhdid edərək məni yaxınlıqdakı evə apardı. Daha sonra mənə təcavüz etməyə başladı. Bu ərəfədə içəriyə daha 4 əsgər daxil oldu. Onların məni öldürəcəklərini düşündüm, amma həmin əsgəri məndən uzaqlaşdırdılar”, - təcavüzə məruz qalan qadın bildirib.
 
Qadın geri dönəndə həyat yoldaşını qarnından vurulmuş halda tapıb. Həyat yoldaşı iki gün sonra dünyasını dəyişib. Onu evinin arxa tərəfində dəfn edib:
"İşğalçı əsgərlərin çoxu təcavüzkar, talançı və qatildir. Sadəcə bir neçəsi yaxşıdır. Putindən soruşmaq istəyirəm. Bütün bunların səbəbi nədir? Anlamıram. Daş dövründə yaşamırıq”.
 
Sözügedən reportajda bu və digər yaşayış məntəqələrində qeydə alınan daha bir neçə təcavüz hadisəsindən də bəhs edilib.
 
Reportajı təqdim edirik:

 
 
Aytac Zeynalova, Səkinəxanım Məmmədova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol