• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanı tərk edənlərin sayı açıqlanıb

Ukraynanı tərk edənlərin sayı açıqlanıb
15.04.2022 19:15
Rusiyanın Ukrayanaya təcavüzü başlayandan indiyə kimi  Ukraynanı tərk edənlərin sayı  5 milyona çatıb. Bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının internet saytında yerləşdirilib.
 
Aprelin 14-nə olan məlumata görə, 4 796 245 ukraynalı Ukraynanı tərk edib. Qaçqınlar arasında ikili vətəndaşlığı olan Ukrayna vətəndaşları da var.
 
İnsanların böyük əksəriyyəti şengen ölkələri ərazisinə daxil olan  Macarıstan, Polşa, Slovakiyaya gedib. Ölkələr arasında sərhəd nəzarətinin olmaması səbəbindən onların Avropa daxilində  sonrakı hərəkəti barədə dəqiq məlumat yoxdur.
 
Qaçqınların 2,7 milyon nəfəri Polşaya, 727 min nəfəri Rumıniyaya, 447 min nəfəri Macarıstana, 419 min nəfəri  Moldovaya, 329 min nəfəri  Slovakiyaya köçüb.  
 
Eyni zamanda BMT fevralın 18-dən 23-dək Donetsk və Luqansk vilayətlərindən 105 min insanın Rusiya Federasiyasına getdiyini bildirib.
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinin məlumatına görə,  müharibənin ilk on günündə 1,3 milyon insan  Ukraynanı tərk edib .
 
Müharibənin başladığı fevralda 3,8 milyon insan  Ukraynanı tərk edib.  Hətta BMT bəyan edir ki, bu, İkinci Dünya Müharibəsindən sonra ən sürətlə böyüyən qaçqın böhranıdır.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol