• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ “Qazprom” və “Rosneft”in rəhbərlərinə sanksiyalar tətbiq edəcək

ABŞ “Qazprom” və “Rosneft”in rəhbərlərinə sanksiyalar tətbiq edəcək
28.04.2014 14:47
 ABŞ Rusiya iqtisadiyyatının iki nəhəngi - “Rosneft” dövlət neft-qaz şirkəti və “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin rəhbərləri İqor Seçin və Aleksey Millerə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Sanksiyalar bu şəxslərin ABŞ yurisdiksiyasında olan aktivlərinin dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarının və şirkətlərinin bu şəxslərlə biznes əlaqələri qurmasını qadağan edir. ABŞ-ın qərarının bu gün açıqlanması gözlənilir.     Vaşinqton Rusiya müdafiə sektoru üçün yüksək texnologiyaların ixracına da qadağa qoyacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Toni Blinken deyib. “Mən hələlik bunu demək istərdim. Biz bəzi xəbərləri bazar ertəsinə saxlayırıq”, - deyə o, aprelin 27-də “NBC News”a müsahibəsində söyləyib. T. Blinken Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərə və şirkətlərə sanksiya tətbiq edəcəklərinin bildirib. Müşavir Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunan sanksiyaların artıq bu ölkə iqtisadiyyatına ciddi zərbə vurduğunu bəyan edib: “Onların maliyyə bazarı ilin əvvəlindən bəri 22 faiz azalıb, rubl isə ən aşağı səviyyədədir”. Qeyd edək ki, ABŞ-la bərabər Avropa Birliyi də Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.   ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol