Liviyada miqrantları daşıyan qayıq batıb

Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 35 nəfərin həyatı təhlükə qarşısında qalıb.
"Reuters” agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı açıqlama yayıb.
Məlumatda bildirilir ki, miqrantlardan 6 nəfərinin cəsədi tapılsa da, 29-nun axtarışları davam etdirilir.
www.anews.az
























