Aİ Ukraynaya daha 45 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynadakı humanitar layihələr üçün əlavə 45 milyon avro, Moldovada isə 5 milyon avro ayırıb.
"Avropa Komissiyası Ukraynada baş verən hadisələrdən zərər çəkmiş insanlara dəstək olmaq üçün əlavə 50 milyon avro humanitar maliyyə ayırıb, o cümlədən 45 milyonu Ukraynada, 5 milyonu Moldovada humanitar layihələrə ayrılıb”, - deyə məlumatda bildirilir.
Bildirilib ki, bu vəsait mülki şəxslərin dərman, içməli su və gigiyena vasitələri ilə təmin edilməsi, sığınacaqların və cinsi zorakılığın qarşısının alınması üçün layihələrin həyata keçirilməsinə yönəldiləcək.
www.anews.az
























