• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada 60 yaşadək səfərbərlik - Müharibə anonsu

Ukraynada 60 yaşadək səfərbərlik - Müharibə anonsu
28.04.2014 14:07

18 yaşdan 60 yaşadək şəxslər orduya çağırılır 

Rusiyanın Krıma müdaxiləsindən sonra Ukraynada elan olunmuş ümumi hərbi səfərbərlik davam edir. 

Qaynar.info-ya Ukraynada yaşayan azərbaycanlıların verdiyi məlumata görə 45 gün müddətinə elan olunmuş hərbi səfərbəlik öncə 18-35 yaş arası gənclərə şamil olunsa da, hazırda 60 yaşa qədər şəxslər də orduya çağırılır. Ancaq bu, rəsmi şəkildə açıqlanmır. 

Orduya çağırılanlara hərbi təlimlərin keçirildiyin deyən həmyerlilərimiz bildiriblər ki, Ukraynada ciddi müharibə hazırlığı gedir. Çox güman ki, Ukrayna hökuməti Rusiyanın yeni müdaxilələrini nəzərə alaraq hazırlığa başlayıb. 

Özünün 49 yaşı olduğunu deyən həmyerlimizdən biri bildirib ki, mülki şəxsdir və hazırda ordu sıralarında təlimlərdə iştirak edir. 

Qeyd edək ki, səfərbərliyə Ukrayna vətəndaşı olan bütün millətlərin nümayəndələrinin cəlb olunduğu deyilir.

Xatırladaq ki, Ukrayna hökuməti ötən ay Milli qvardiya yaradılması, habelə daxili və sərhəd qoşunları da daxil olmaqla silahlı qüvvələrinin sıralarının artırılması üçün ehtiyyatda olan 40 min nəfəri hərbi xidmətə çağırmaqla bağlı qərar vermişdi. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol