• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Baş Qərargahı cəhbədəki son durumu açıqlayıb

Ukrayna Baş Qərargahı cəhbədəki son durumu açıqlayıb
20.04.2022 09:53
Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisinə nəzarəti tam ələ keçirmək məqsədi ilə şərq əməliyyat zonasından hücumu davam etdirməyə cəhd göstərir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Belarusun hava məkanı və ərazisindən istifadə edilməklə Ukraynanın obyetklərinə Rusiyanın raket-bomba zərbələr endirməsi təhlükəsi qalır.
 
"Slobojansl istiqamətində düşmən yenidən qruplaşır, ehtiyat toplayır. Xarkov qismən mühasirəyə alınıb və şəhərin atəşə tutulması davam edir. Rusiya İzyum istiqamətində Suliqivkiyə və Dibrivneyə hücuma keçməyə cəhd göstərib. Kreminna,Torska və Zelyonaya Dolina rayonlarında döyüşlər davam edir. Düşmən Liman yaşayış məntəqəsi istiqamətdə hərəkətə keçmə üçün yenidən qruplaşır. Rubijnoy və Severodonetska hücum nəticəsində Rusiyanın 130 hərbçisi yaralanıb və yaralılar Novoahdarda hospitala yerləşdirilib. Onların sayı dəqiqləşdirilir. Donetsk istiqamətində düşmən Marinka yaşayış məntəqəsində hücuma keçib. Düşmənin Mariopolu ələ keçirmək üçün "Azovstal” zavodunun ərazisinə hücumu davam edir. Velika Novocilka, Rivnopol və Storojeve yaşayış məntəqələri istiqamətində döyüşlər gedir", məlumatda qeyd olunub. 

Rusiya komandanlığı Qərb Hərbi Dairəsinin verdiyi itkini kompensasiya etmək məqsədi ilə 3-cü motoatıcı diviziyasının 237-ci tank alayının taborunun taktiki qrupunu Xarkov vilayətindən daimi dislokasiya məntəqəsinə, yəni Belqorod vilayətinin Solotı qəsəbəsi istiqamətinə geri çəkib.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter, 6 pilotsuz uçuş aparatını (PUA), 12 tankını, 28 zirehli texnikasını, 2 texniki avtomobilini, 1 artilleriya sistemini, 1 qanadlı raketini məhv edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol