• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Polşaya qaz ixracını dayandırır

Rusiya Polşaya qaz ixracını dayandırır
26.04.2022 21:47
 Rusiya aprelin 27-dən Polşaya qaz nəqlini dayandırır, bu barədə gazeta.ru  məlumat verib.
 
Polşanın PGNiG şirkəti  "Qazprom”dan qazın dayandırılması ilə bağlı bildiriş aldığını  bildirib.

Şirkətin məlumatına görə onlar əvvəllər bağlanmış müqavilə əsasında qazın ödənişini davam etdirirlər və Rusiyanın tələb etdiyi kimi qazın qiymətini rublla ödəmək niyyətində deyillər.

Onlar əlavə ediblər ki, Qazprom tərəfindən təbii qazın ixracının dayandırması Yamal müqaviləsinin pozulmasıdır. Buna görə də şirkət müqavilə qanunvericiliyinə uyğun olaraq hüquqi tələblər irəli sürəcək.
 
Rusiya tərəfi iddia edir ki, Polşa aprelin 26-da yeni qaydalara əsasən aldığı qazın qiymətini rublla ödəməlidir. 

Qazprom”  Polşaya qazın ixracının artıq dayandırıldığını təsdiqləməyib və bildirib ki, Varşava "yeni ödəniş proseduruna uyğun olaraq qaz  üçün  hələ aprelin 26-ı bitənə qədər ödəniş etməyə borcludur”.

Bundan əvvəl Polşanın "Onet” resursu Rusiya qazının nəqlinin dayandırıldığını bildirib.   
 
ENTSOG - Avropa Qaz Ötürmə Operatorları Assosiasiyasının məlumatına görə, həqiqətən də aprelin 25-i səhər saatlarından Polşa Yamal-Avropa magistral yolu boyunca şərqdən təbii qaz almayıb: bazar ertəsindən etibarən Kondratki qazölçmə stansiyasında qaz axını boşa çıxıb. Eyni zamanda, daha əvvəl sıfıra enib - aprelin 24-nə keçən gecə nasos dayanıb, sonra yenidən bərpa edilib. Aprelin 1-də də vəziyyət oxşar olub.

Kondratkidə qaz qəbulunun dayandırılması ilə eyni vaxtda qəbul digər marşrutlar - Belarusla sərhəddə Teterevka və Visokoe, o cümlədən Ukrayna ilə sərhəddə Drozdoviçi marşrutları ilə davam etdi.

Apreldə Polşa Rusiyadan qaz alışını aktiv şəkildə azaldıb. Buna səbəb qazın  dəyərinin  ("qarşıdakı ay” indeksinə görə) spot kotirovkalardan bir yarım dəfə baha ola bilməsinin proqnzlaşdırılması idi. Bu şəraitdə Polşa idxalçıları Rusiya Federasiyasından qaz qəbulunu azaldaraq  qərbdən isə spot saytlardan idxalı artırıblar.

Martın 31-də Rusiya Federasiyasının prezidenti Vladimiz Putin "Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” 172 nömrəli Fərman imzalayıb.
 
Sənədə əsasən, 2022-ci il aprelin 1-dən sonra  Rusiya boru kəməri ilə ixrac etdiyi qazın pulunu rublla ödənilməsini tələb edir. 

Bu məqsədlə səlahiyyətli maliyyə qurumunda - Qazprombankda xarici alıcılar üçün "K" tipli xüsusi rubl ilə valyuta hesabları açılıb.
 
Hazırda isə xarici alıcılar qazı ixrac  müqaviləsində göstərilən  valyutada ödəyir, Qazprombank  onu Moskva birjasında sataraq rubla çevirir və  Qazproma köçürür. Məhz bu anda təbii sərvət üçün ödəmə öhdəliyi yerinə yetirilmiş hesab olunur.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol