• $
  • €
  • ₽
  • ₺
  • £

Mariupolda bir ailə risk edərək zavodu tərk edib

Mariupolda bir ailə risk edərək zavodu tərk edib
29.04.2022 21:50
 Mariupolda "Azovstal"dakı 3 nəfərdən ibarət ailə zavodu tərk edə bilib.
  Bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Andrey Rudenko özünün Teleqram kanalında məlumat verib.
 
Onun sözlərinə görə ailə təhlükə riskini gözə alaraq və qorxudulduğuna baxmayaraq bu addımı atıb.

"Ailə başçısı Mixail bir atelyedə radio tapıb onu Vesti FM dalğasında  dəhliz olduğunu eşidəndən sonra çölə çıxmaq qərarına gəliblər. Hələ də dükanın zindanında 71 nəfər qalıb”, - deyə jurnalist bildirib.


Bir gün əvvəl Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk Mariupoldakı "Azovstal” zavodundan dinc sakinlərin təxliyəsi üçün əməliyyatın planlaşdırılmasına başlandığını elan edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Mariupol "Azovstal”ı ətrafında vəziyyətlə bağlı danışıqlar üçün mövzu görmür, Vladimir Putin deyib ki, mülki şəxslər oradan gedə bilər, hərbçilər isə silahı yerə qoymalıdırlar.


Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib ki, BMT-nin Humanitar Məsələlər İdarəsi mülki şəxslərin zavoddan təxliyəsi üçün qrup formalaşdırıb. Onun sözlərinə görə, təşkilatın nümayəndələri Moskva və Kiyevlə evakuasiya üçün operativ çərçivənin hazırlanmasını müzakirə ediblər. O, bunun üçün hələ də "yerdə şəraitin” olmadığını və əməliyyatın hazırlanmasına bir neçə gün vaxt lazım olduğunu vurğulayıb.

 Gülnar


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol