Zelenskidən dünya ölkələrinə XƏBƏRDARLIQ

Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, münaqişə bütün dünya ölkələrinə təsir edən ərzaq böhranına səbəb ola bilər.
www.anews.az
Avstraliyanın "60 dəqiqə” xəbər proqramına danışan Zelenski deyib ki, Rusiya Qara dənizdəki limanlarını blokadaya aldığı üçün ölkəsi on milyonlarla ton taxıl itirə bilər.
"Rusiya ölkəmizin iqtisadiyyatını tamamilə bloklamaq istəyir”, - Zelenski bildirib.
Ukrayna dünyada taxıl və digər ərzaq məhsullarının əsas ixracatçılarından biridir.
www.anews.az
























