• $
  • €
  • ₽
  • ₺
  • £

Con Kerri Rusiyaya sərt xəbərdarlıq etdi

Con Kerri Rusiyaya sərt xəbərdarlıq etdi
25.04.2014 14:02
ABŞ dövlət katibi Con Kerri Cenevrə razılaşmalarını yerinə yetirməyən Rusiyanı sərt ifadələrlə tənqid edib.APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, C. Kerri bildirib ki, böhranı yalnız bir tərəfin addımları ilə həll etmək mümkün deyil: “Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə heç bir addım atmayıb. Rusiya hakimiyyətinin bir nümayəndəsi belə, separatçıları Cenevrə razılaşmalarına əməl etməyə, silahı yerə qoymağa və binaları azad etməyə çağırmayıb”. Dövlət katibi Ukrayna tərəfinin ilk gündən Cenevrə razılaşmalarını necə yerinə yetirmək üzərində çalışdığını söyləyərək bəyan edib ki, Rusiya Ukraynanın şərqində separatçı hərəkatları maliyyələşdirməyə və onların fəaliyyətini əlaqələndirməyə davam edir. C. Kerri ATƏT müşahidəçilərinə istinadən deyib ki, Rusiya vəziyyəti gərginləşdirənə qədər bölgədə geniş miqyaslı zorakılıq müşahidə olunmayıb. O, Rusiyanı Ukraynadakı demokratik prosesə qarşı sabotaj cəhdində ittiham edib: “Əgər Rusiya eyni istiqamətdə fəaliyyətə davam edərsə, bu, nəinki ciddi, həm də ona baha başa gələcək səhv olacaq. Kursun dəyişməsi üçün pəncərə qapanmaqdadır. Rusiya əvvəlki yolunu davam etdirsə, ABŞ və Avropa Moskvanın böyük əvəz ödəməsi üçün hər şeyi edəcək. Biz hərəkətə keçməyə hazırıq”.     ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol