Ukraynada azərbaycanlı zabit yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb. Bu barədə Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov məlumat verib.
Bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur.
O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda Ruslan Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.
www.anews.az
























