• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın “RuTube” videohostinqi bərpa oluna bilmir

Rusiyanın “RuTube” videohostinqi bərpa oluna bilmir
10.05.2022 14:21
"YouTube”un Rusiya analogiyası olan "RuTube”a edilən kiberhücum nəticəsində videohostinq bərpa oluna bilmir, bu barədə videohostinqin mətbuat xidməti məlumat yayıb.

Haker hücumu nəticəsində əsas versiyanın baza və infrastrukturunun 75 %-i, həmçinin baza məlumatlarının bərpasına lazım olan rezerv surət və klasterlərin 90 %-i zədələnib.

Eyni zamanda Rusiyanın "The Village” nəşrinin məlumatına görə, mayın 9-u baş tutan hücumdan sonra videoservisi bərpa etmək mümkün olmayacaq.

Nəşr bildirib ki, saytın kodu tamamilə silinib. Mənbənin sözlərinə görə, kiberhücum sayta giriş kodlarının sızması səbəbindən mümkün olub.

Mayın 10-da səhər saatlarında "RuTube”un mətbuat xidməti kodun itirilməsi ilə bağlı məlumatın doğru olmadığını açıqlayıb.

Bundan başqa, ötən gecə servisin mətbuat xidməti teleqram üzərindən Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorova ukrayn dilində müraciət edib.

"Artıq ikinci gündür işləməyən "RuTube” ukraynca danışmağa başlayıb. Kreml (ukrayn dilində) danışanacan işləməyə davam edəcəyik”, -  nazir teleqramda da yazıb.
 
Rusiya hökuməti "RuTube”, "Yandex.Video” və "VKontakte”ni ABŞ-ın "YouTube” video hostinqinin alternativinə çevirmək istəyir.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol