• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniyanın baş naziri İsveçə gəlib

Böyük Britaniyanın baş naziri İsveçə gəlib
11.05.2022 15:28
Böyük Britaniyanın Baş naziri Boris Conson  İsveçə gəlib. O, buradan  Finlandiyaya da yollanmağı planlaşdırır. 

Conson hər iki ölkənin liderləri ilə görüşəcək , bu ölkələrin  NATO-ya qoşulub-qoşulmayacağını və Rusiyanın Ukraynaya davam edən işğalına Avropanın nə kimi  cavab verməsi məsələsini  müzakirə edəcəkdir.

Ukraynanın işğalından bəri uzun müddət hərbi neytrallıq göstərməklərinə baxmayaraq həm İsveç, həm də Finlandiyada NATO ittifaqına qoşulmaqla bağlı  dəstək artıb.

Consonun Böyük Britaniyaya qayıtmazdan əvvəl hər iki ölkədə mətbuat konfransı keçirəcəyi planlaşdırılıb.

NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, ittifaq Finlandiya və İsveçi sıralarına almağa hazırdır, onların üzvlük məsələsinə qısa bir zaman kəsiyində baxılacaq.  

Rusiya rəhbərliyi isə NATO-nun mümkün genişlənməsini kəskin tənqid edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 11-də bildirib ki, özlüyündə alyans sülh və sabitliyi təmin edən ittifaq deyil. Sonrakı genişlənmə Avropa qitəsinə əlavə sakitlik gətirməyəcək".


 

Aprelin 14-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da yazıb ki, Finlandiya və İsveç NATO-ya daxil olarsa, Moskva "quru qüvvələrin qruplaşmasını və hava hücumundan müdafiəni ciddi şəkildə gücləndirməli, Finlandiya körfəzində əsaslı dəniz qüvvələrini yerləşdirməli olacaq.

 

"Belə olan halda Baltikyanı ölkələrin hər hansı qeyri-nüvə statusundan söhbət getməyəcək – balans bərpa edilməlidir”, - o əlavə edib.


 

Finlandiyanın alyansa daxil olması ilə NATO yenidən Rusiya sərhədlərinə yaxınlaşacaq. Onda alyansın sərhədi Sankt-Peterburqdan cəmi 200 kilometr aralıda yerləşəcək.



Səkinəxanım Məmmədova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol