• $
  • €
  • ₽
  • ₺
  • £

KTMT-nin sammiti keçiriləcək

KTMT-nin sammiti keçiriləcək
12.05.2022 14:18
Mayın 16-da Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin sammiti keçiriləcək. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
 
Onun sözlərinə görə, təşkilat üzvü olan ölkə başçıları  səhər yeməyi formatında görüşüb  müzakirələr aparacaqlar.
 
"Mayın 16-da KTMT-nin 30 illiyi münasibətilə Moskvada KTMT-yə üzv ölkələrin sammiti keçiriləcək. Bu həm liderlərin görüşü, həm də işçi səhər yeməyi formatında onların ayrıca ünsiyyəti olacaq. Biz gözləyirik ki, bu tədbirin nəticələrindən sonra jurnalistlərə KTMT-nin baş katibi Stanislav Zas və Ermənistanın baş naziri Nikol Paşinyan məlumat veriləcək”, -  Peskov bildirib.
 
O, həmçinin qeyd edib ki, Ermənistan hazırda təşkilata sədrlik edir. 
 
KTMT 1992-ci il  mayın 15-də  əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıb.
 
Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləyə qoşulub. Amma beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı ( Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəlib. 
 
2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub.  Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.
 
Təşkilatın mayın 16-da keçiriləcək toplantısında Finlyandiya və İsveçin KTMT-ə rəqib olan NATO-ya mümkün üzvlüyü ilə bağlı yaranan yeni situasiya, həmçinin  Ukrayna ilə müharibə məsələlərinin müzakirə ediləcəyi gözlənilir. 
 
Bu barədə məlumat verən politoloq Tural İsmayılov deyir ki, bu  toplantıda ciddi bir sturuktur dəyişkənliyi gözlənilmir.

"Özəlliklə Rusiya və Ukrayna müharibəsi  və Finlandiya ilə  İsveçin NATO-ya üzvlük məsələsi müzakirə olunacaq.  KTMT-ə üzv olan dövlətlər  bu məsələdə o qədər də açıq mövqe göstərməyəcəklər. Ancaq Rusiya bu toplantıda özünün 20 illik növbəti siyasi ambissiyalarını nümayiş etdirəcək. Bu təşkilat bu günə qədər ona üzv olan ölkələrə kömək göstərməyib. Son olaraq Qazaxıstanda baş verən hadisələr bunun sübutudur. Ermənistanın bura sədrlik etməyinin heç bir əhəmiyyəti yoxdur. Ermənistan qrupa formal olaraq sənəd üzərində rəhbərlik edir. Qurumun ümumiyyətlə Azərbaycanla bağlı hansısa mövqe bildirmək hüququ yoxdur", -  politoloq bildirib.

 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol