• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda müxalifətin aksiyası başa çatdı - Yenilənib

Ermənistanda müxalifətin aksiyası başa çatdı - Yenilənib
12.05.2022 22:06
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş keçirilir.

Bu barədə "Sputnik Ermənistan” yazıb.

Məlumata görə, müxalifət nümayəndələrinin keçirdiyi aksiya paytaxtın kənar ərazilərindən başlayıb. Sürücülər hazırda az sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edirlər. 

Qeyd edək ki, analoji aksiya dünən də keçirilib. Nəticədə şəhərdə uzun tıxaclar yaranıb. Ermənistan müxalifəti bu gün də İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır. Dünənki aksiya zamanı etirazçılar İrəvan meriyasının binasına girişi bağlamışdılar.

Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. 
***
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin İrəvanda keçirilən mitinqi başa çatıb.

Ermənistanın müxalif "Müqavimət" hərəkatının liderlərindən biri İşxan Saqatelyanın sözlərinə görə, cümə günü günortadan sonra yeni mitinq keçiriləcək:

"Sabah yenidən itaətsizlik aksiyaları baş verəcək və biz yenidən burada (Fransa meydanında müxalifətin çadır düşərgəsində - red.) toplanacağıq. Bizim vacib işimiz var”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol