Azərbaycan səfiri Türkiyənin ədliyyə naziri ilə görüşüb
18.05.2022 22:00
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə yeni imkanların dəyərləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.