• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa liderləri Ukraynanın dağıdılmış şəhərlərinə gedib

Avropa liderləri Ukraynanın dağıdılmış şəhərlərinə gedib
27.05.2022 14:33
Finlandiyanın Baş naziri Sanna Marin Kiyevi və rus işğalçıları tərəfindən dağıdılmış İrpin və Buça şəhərlərini ziyarət edib.

Obozrevatel.com xəbər verir ki, İrpin və Buça şəhərində olan Sanna Marin, işğalçıların dağıtdığı şəhərlərin fəsadlarını görüb.

O, hərbçilərin və şəhər administrasiyalarının nümayəndələrinin müşayiəti ilə şəhərin dağıntılarını müşahidə edib. O, burada fotoşəkillərdən ibarət sərgiyə baxıb. Fotoşəkillərdə müharibə zamanı həlak olmuş insanların cəsədləri nümayiş edilib. Finlandiya rəsmisinin səfəri barədə, İrpin Şəhər Şurasının "Teleqram” və "Twitter” hesablarında məlumat verilib.

Bundan əlavə, Portuqaliyanın Baş naziri Antonio Kosta da İrpinə səfər edib. Rus qoşunları tərəfindən İrpin şəhərində törədilən vəhşiliyin və dağıntıların miqyası, onu dəhşətə gətirib.

Kosta, bu səfəri heç vaxt unutmayacağını vurğulayıb.

"İrpinə olan səfərimi heç vaxt unutmayacağam. Bu şəhərə edilən hücumların nəticəsi çox acınacaqlı və dağıdıcıdı idi. Mən günahsız insanların qəddarlıqla və mərhəmətsizcəsinə qətlə yetirildiyi, səbəbsiz yerə dağıdılmış və məhv edilmiş bir şəhərin şahidi oldum”. – Kosta qeyd edib.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç isə, mayın 9-da rus işğalçıları tərəfindən dağıdılmış İrpinə və Borodyankaya baş çəkib. O, Rusiya qoşunlarının dağıtdığı əraziləri və binaları görüb.

Rusiya hərbçiləri, yaxın vaxtlarda Ukraynın bir çox şəhərlərində yerləşən yaşayış massivlərini, məktəbləri, xəstəxanaları və digər mülki infrastruktur obyektlərini dağıdıb. Ən çox hücuma məruz qalan və dağıdılan şəhərlər isə Xarkov, Çerniqov, Jitomir, Mariupol, Qostomel, İrpin və Buça şəhərləri olub.

Cavanşir Qasımov 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol