Britaniyada meymunçiçəyinə yoluxma sayı 106-ya yüksəlib

Böyük Britaniyada meymunçiçəyinə daha 16 yoluxma qeydə alınıb. Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bununla da ümumi yoluxma sayı 106-ya çatıb. Onlardan 101-i İngiltərədə, üçü Şotlandiyada, bir nəfər isə Uelsdə aşkarlanıb.
Agentlik əlavə edib ki, virusun ölkə əhalisi üçün yaratdığı təhlükə səviyyəsi aşağı olaraq qalır.
www.anews.az
























