• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa XİN başçısı Kiyevdə səfərdədir

Fransa XİN başçısı Kiyevdə səfərdədir
30.05.2022 11:35
Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə səfərdədir.

"Report” xəbər verir ki, Fransa XİN-in mətbuat xidmətinin məlumatına görə, o, Ukraynanın Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

"Nazir bu səfəri ilə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Parisin Rusiyanın təcavüzü qarşısında həm humanitar, həm maliyyə, həm də müdafiə silahlarının tədarükü baxımından Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini nümayiş etdirmək istəyir”, - XİN-in bəyanatında deyilir.

Bildirilib ki, Zelenski və Kuleba ilə görüşlər zamanı XİN başçısı Ukraynadan taxıl və yağlı bitkilərin ixracı məsələsini müzakirə etmək niyyətindədir. "İxracda yaranmış problemlər ərzaq təhlükəsizliyi üçün real risk yaradır. Bu məsələ qısa zamanda konkret həll yollarının tapılmasını tələb edir”, - nazirliyin açıqlamasında deyilir.

Artıq nazir tviter səhifəsində qatarın qarşısında fotosunu paylaşaraq "Fransanın dəstəyini göstərmək üçün indicə Ukraynaya gəldim” sözlərini yazıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol