• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Ukraynaya yardım göstərəcək

Almaniya Ukraynaya yardım göstərəcək
01.06.2022 14:58
Almaniya kansleri Olaf Şolz, Rusiyaya qarşı döyüşən Ukraynaya "İris-T” tipli Hava Hücumundan Müdafiə Sistemi verəcəklərini açıqlayıb. Bu barədə məlumat "trt haber" məlumat yayıb.
 
Onun sözlərinə görə, Almaniya bütün imkanları ilə Ukraynanı dəstəkləməyə davam edəcək.
 
"Putin hədəflərinə çatmamalıdır! Ölkəmiz hal-hazırda maliyyə və iqtisadi cəhətdən dəstəklədiyi Ukrayna dövlətinə silah tədarükü edir. Hökumətimiz, indi Ukraynaya ən müasir Hava Hücumundan Müdafiə Sistemi olan "İris-T” sistemini tədarük etməyə qərar verib. Beləliklə, biz Ukraynada elə bir şərait yaradacağıq ki, o böyük şəhərlərini Rusiyanın hava hücumlarından qoruya bilsin”. – Şolz bildirib.
 
Onun sözlərinə görə, Ukraynaya müasir radar sistemlərini verdikdən sonra, Almaniya höküməti, Hollandiya ilə birlikdə Ukraynanı ən müasir haubitsa silahları ilə təmin edəcək.
 
Şolz, Almaniyanın Ukraynaya silah və sursat verməsi ilə bağlı olan bəzi tənqidlərə qarşı çıxaraq, müharibə başlayandan dərhal sonra Ukraynaya o dövrdə təcili ehtiyac duyulan hava və tank əleyhinə raketlərin, daha sonra isə 15 milyon mərminin verildiyini xatırladıb.
 
"Bizim tərəfimizdən Ukraynaya 100 min əl qumbarası, 5 mindən çox tank əleyhinə raket, minalar, geniş partlayıcılar, pulemyotlar, digər avadanlıq və materialların verilib”. – Şolz qeyd edib.
 
Ukrayna hökuməti Almaniyanın Müdafiə Sənayesi ilə də "Gepard” tipli tankın alınması üçün müqavilə imzalanıb.
 
"Müharibənin məqsədləri ilə bağlı müzakirələr gedir. Məqsədimiz Putinin qalib olmamasıdır. Məqsədimiz Ukraynanın özünü müdafiə edə bilməsi və beləliklə də müvəffəqiyyət qazanmasıdır”. – o deyib.

 
Kansler Şolz, bu məsələdə nümayiş etdirilən birliyin pozulmamasını istəyib.
 
Sonunca dəfə, Pentaqonun təmsilçisi Con Kirbi, Ukraynaya artıq 3 dəfə hərbi təyinatlı yüklər göndərildiyini və bu qəbildən yeni yardımın hazırlandığını açıqlayıb. Həftənin son günlərində Vaşinqtondan Kiyevə 170 ton silahın və hərbi sursatdan ibarət olan; "SMAW-D” qumbaraatanları, tank əleyhinə "Javelin” kompleksinin raketləri, göndərilib. Ötən həftə isə, digər NATO ölkələri tərəfindən, tank əleyhinə "NLAW” qumbaraatanlarının və "Stinger” zenit-raket komplekslərinin (ZRK) Ukraynaya veriləcəyi açıqlanıb.
 
Cavanşir Qasımov

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol