• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyada elektrik enerjisi son 1 ildə 70 %-dən bahalaşıb

İtaliyada elektrik enerjisi son 1 ildə 70 %-dən bahalaşıb
03.06.2022 14:50
Son 1 ildə İtaliyada elektrik enerjisi 73,5%, təbii qaz isə 66,3% bahalaşıb. Bu, "Assoutenti” Milli İstehlakçılar Birliyinin araşdırması nəticəsində məlum olub. 

İtaliyada beynəlxalq istiqamətlərə aviabiletlər də  103,3%  bahalaşıb. İtaliya daxilində uçuşlar isə 21,4% bahalaşıb.

Ərzaq məhsullarından bitki və kərə yağı rekord qiymət artımı göstərib. Qiymətlər 70,2% və 22,6% artıb.  Bundan əlavə, unun da qiyməti 18,6% artıb.

"İtaliyada qiymətlərlə bağlı vəziyyət sözün həqiqi mənasında nəzarətdən çıxıb və belə yüksək inflyasiya görmək üçün 36 il geriyə qayıtmaq lazımdır”, - "Assoutenti”nin prezidenti Furio Trutsi deyib.

Onun sözlərinə görə, 4 nəfərlik ailə 1 il əvvələ nisbətən ayda 2 753 avro daha çox xərcləyir. Təkcə qidalanma xərcləri 562 avro artıb. 
 
Cari ilin mayında baş nazir Mario Draghi deyib ki, İtaliya qısa müddətdə Rusiyadan qaz tədarükünün tam pozulmasına tab gətirə bilər, lakin bu, sonrakı qışda italyanlıların durumunu çətinləşdirəcək.
 
O əlavə edib ki, İtaliya Əlcəzair və Azərbaycan kimi digər qaz hasil edən ölkələrdən tədarükləri artırmaq, həmçinin mayeləşdirilmiş təbii qaz terminallarından daha çox istifadə etmək üçün çalışır.

Hökumət, həmçinin, lazım gələrsə, sənaye və enerji istehsalı sektorunun qaz təchizatına nəzarət etməyə və mövcud kömür və neftlə işləyən elektrik stansiyalarından müvəqqəti istifadə etməyə hazırdır.

Draghi-nin şərhləri Ukraynanı işğal etdikdən sonra Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı Qərb sanksiyalarının enerji axınını pozmaqla hədələdiyi, qaz qıtlığı, elektrik kəsilməsi və qiymət artımı ilə bağlı xəbərləri artırdığı bir vaxta təsadüf edir.

Elektrik istehsalının təxminən 40%-ni qazdan istifadə edən İtaliya qazının 90%-dən çoxunu idxal edir. Ötən il idxalın 40%-i Rusiyadan olub. Enerji təchizatı indiyədək sanksiyalardan qaçsa da, mümkün fasilələrin enerji qiymətlərini yüksəldə biləcəyi ilə bağlı narahatlıqlar var. İtaliya çox güman ki, 2024-cü ilin ikinci yarısına qədər Rusiya qazını almaqda davam edəcək.
 
İtaliya Qazprom-un Almaniya və Türkiyədən sonra üçüncü ən böyük ixrac bazarıdır. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə İtaliya  Rusiyadan 18,445 milyard kubmetr qaz alıb.  İtaliya həmçinin TAP kəməri ilə Azərbaycandan da qaz alır. Hazırda kəmərin gücü 10 milyard kubmetrdir. Amma onu 20 milyard kubmetrə qədər artırmaq olar. 

İtaliyanın ekoloji keçid nazirliyinin dövlət katibinin müavini Vannia Gava  Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib ki, Cənubi Qaz Dəhlizi Avropa və İtaliya üçün vacib rol oynayır. 

"TANAP-ın real potensialının artırılması mühümdür. Boru kəməri ilə 2022-ci ildə İtaliyaya 4 milyard kub metr qaz idxal edilib. Biz ikinci fazaya yaxınlaşırıq. Düşünürəm ki,  gələcəkdə kəmərin potensialı 20 milyard kub metrə qədər artırıla bilər. Bu da qazın diversifikasiya kömək edəcək.  Cənubi Qaz Dəhlizinin potensialının çoxalması Xəzər təbii qazının Yunanıstan, İtaliya və Cənubi balkanlara qədər ötürülməsinə şərait yaradacaq", Gava deyib.

Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol