• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyaya getmək istəyən üç azərbaycanlı saxlanılıb

Suriyaya getmək istəyən üç azərbaycanlı saxlanılıb
23.04.2014 12:56
Türkiyə sərhədçiləri sərhəddən gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb.APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, onların arasında Azərbaycan, Tunis, Almaniya, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə vətəndaşları var. Sərhəd pozucuları Kilis vilayətinin Aşağıbəylərbəyi kəndi yaxınlığında tutulub. Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşının adı və soyadı açıqlanmır. Türkiyə sərhədini pozmaq istəyərkən saxlanılan 7 əcnəbi ölkədən çıxarılmaq üçün Kilis polisinə təhvil verilib. APA-nın Türkiyə müxbiri isə xəbər verir ki, Türkiyə ərazisindən Suriyaya keçmək istəyən daha 2 Azərbaycan vətəndaşı Hatay ərazisində saxlanılıb. Hatay polisindən APA-ya bildirilib ki, biri qadın, biri kişi olan Azərbaycan vətəndaşları Hatay vilayət polis idarəsində verdikləri ifadələrində Suriyanın Hələb bölgəsində qohumlarını görməyə getmək istədiklərini qeyd ediblər. Hazırda hər iki Azərbaycan vətəndaşı Hatay vilayət polis idarəsinin nəzarət bölməsində saxlanılır. Polisdən APA-ya o da bildirilib ki, Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriyaya getməsinin qarşısının alınması üçün son vaxtlar sərhəddə nəzarət daha da gücləndirilib. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol