Malaziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib. Bu barədə ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər bildirib.
Hazırda Malaziyada 11 cinayət növü, o cümlədən, qətl, narkotik maddələrin alqı-satqısı və terrorizm görə məcburi ölüm hökmü qüvvədədir. Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.