• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Severodonetksə hücum etdiyi deyilir - Ziddiyətli açıqlamalar

Rusiyanın Severodonetksə hücum etdiyi deyilir  - Ziddiyətli açıqlamalar
13.06.2022 14:59
Rusiya qoşunları Ukraynanın qərbində yerləşən Severodonetks şəhərində yüzlərlə əsgərin və mülki əhalinin sığındığı kimya sahəsini bombardman edib. Bu barədə The Guardian məlumat yayıb.

Luhansk vilayətinin qubernatoru sahənin Ukraynanın nəzarəti altında olduğunu bildirir.

Qubernator Sergey Qayday Azot zavodunda 300-400 ukraynalı döyüşçü və yüzlərlə mülki əhalinin ilişməsini ruspərəst "yalan” adlandırıb.
 
Qaydayın sözlərinə görə, Rusiya ordusu ötən sutka ərzində Severodonetskə gedən 3 körpüdən ikisini dağıdıb.

"Gecə ruslar rayon mərkəzinə aparan ikinci körpünü dağıtdılar, hazırda şəhərə gedən sonuncu üçüncü keçidi artilleriyadan kütləvi şəkildə atəşə tuturlar. Ruslar Severodonetski ilə ətraf əlaqəni kəsmək üçün bütün güclərini sərf edirlər. Növbəti iki-üç gün əhəmiyyətli olacaq. Biz başqa istiqamətlərdə, yəni rusların nəzarət altına almağa çalışdığı Lisiçansk-Baxmut magistralında hücumu istisna etmirik”, - Luqansk OVA-nın rəhbəri Sergey Qayday Telegram kanalında yazır.

Rusiya artıq Luhansk ərazisinin 97 %-nə nəzarət etdiyini iddia edir. Amma müharibədən öncə 100,000 əhalisi olan Severodonetsk sənayə şəhərinin ələ keçirilməsi Rusiyanın Donbas ərazisinə nəzarət etmək üçün strateji əhəmiyyət daşıyır.

Luqansk vilayət administrasiyasının səhər xəbərlərində qeyd olunur ki,Rubijnedə Ukrayna ordusu Rusiya tərəfdə vuruşan çeçenlərə məxsus komanda məntəqəsini dağıdıb. Məlumatda son günlər Kadievkadakı stadionda yerləşən "Vaqner" döyüşçülərinin və Severodonetskdəki Rusiya ordu komanda mərkəzlərinin dağıdıldığı bildirilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
 
Ləman Qasımova







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol