• $
  • €
  • ₽
  • ₺
  • £

Öldürdüyü insanların ətini yeyən şəxsə sənədli film çəkilir

Öldürdüyü insanların ətini yeyən şəxsə sənədli film çəkilir
28.06.2022 10:36
Meksikada insan əti yediyi üçün həbs edilən qatil Andres Filomeno Mendoza Celis haqqında sənədli film çəkilir. Bu barədə Türkiyənin "Sözçü" qəzeti məlumat yayıb.
 
"Canibal, Indignacion Total" adlı sənədli film ölkədə genderlə bağlı zorakılıq və qadın cinayətləri haqqında məlumatı artırmaq məqsədi daşıyır. Filmin süjet xətti Meksika Ali Məhkəməsinin həbs etdiyi Andres Filomeno Mendoza Celisin həyatı və əməllərindən ibarət olacaq.
 
Meksikanın Atizapan şəhərində 2021-ci il mayın 18-də tutulan və daha çox qadınları hədəf alan 73 yaşlı silsilə qatil Andres Filomeno Mendoza Çelisin evindən 4600 insan sümüyü tapılıb.Sümüklərin 17 qadın, 1 yetkin kişi və 1 uşağa aid olduğu aşkar edilsə də, səlahiyyətlilər qatilin 40 yaşdan yuxarı ən azı 30 qadını öldürdüyündən şübhələnir.
 
Bu günə qədər silsilə qatilin evində aparılan istintaqda şübhəlinin törətdiyi güman edilən 20 qətlin səs yazıları, o cümlədən qurbanlara məxsus sümüklər, qadın geyimləri, qadınların şəxsiyyət vəsiqələri, baş dərisi, kəllə sümüyü tapılıb.
 
İxtisasca qəssab olan və həbs edildikdən sonra aparıldığı məhkəmədə qurbanlarını yediyini etiraf edən qatil öldürdüyü şəxslərin ətini qonşulara da verib. 
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol